"Yuventus" hücumçusu Qonzalo İquain satmağa hazırdır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisi oyunçunu transfer etmək istəyən klubdan 18 milyon avro tələb edəcək.

Məlumata görə, "River Pleyt" 32 yaşlı forvardın xidmətində maraqlıdır. Klub İquaini transfer etmək istədiyini bildirib. Futbolçu özü də karyerasını ölkəsində bitirmək niyyətindədir. Tərəflər arasında danışıqlar davam edir.

"Yuventsu" təcrübəli oyunçunu 2016-cı ildə 90 milyon avro qarşılığında "Napoli"dən heyətinə qatıb. O, bu günə qədər komandası ilə keçirdiyi 139 oyunda 63 qol vurub, 11 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest