O bildirib ki, çempionatda fasilə yaranandan baş məşqçi Aftandil Hacıyev ona komandanın onlayn məşqlərinə qoşulmağa icazə verib

"Səbail"in yarımmüdafiəçisi Vüqar Bəybalayev əsas heyətlə məşqlərə başlayıb. Bu barədə futbolçu özü matc.az-a məlumat verib.

O bildirib ki, çempionatda fasilə yaranandan baş məşqçi Aftandil Hacıyev ona komandanın onlayn məşqlərinə qoşulmağa icazə verib. Bəybalayev gənc mütəxəssisin ona şans verəcəyi təqdirdə yenidən oynamağa hazır olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, 26 yaşlı oyunçu maaşının azaldılmasına razı olmadığı üçün əvəzedici heyətə göndərilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest