"Betis" "Barselona"nın 4 futbolçusu ilə danışıq aparır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu Lautaro Martines transferini gərçəkləşdirmək üçün bir neçə oyunçunu icarəyə verəcək.

Məlumata görə, Riki Puiq, Ansu Fati və Fransisku Trinkay Sevilya klubuna keçə bilər. Bunlarla yanaşı, "Betis" Xunior Firponu da komandaya qaytarmaq istəyir. 23 yaşlı futbolçu 2015-18-ci illərdə sözügedən klubda çıxış edib.

"Barseona" rəhbərliyinin adı çəkilən oyunçuları satmaq fikir olmasa da, onları icarəyə verə biləcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest