"Breşia" hücumçusu Mario Balotelli ilə müqaviləni ləğv etmək qərarına gəlib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı futbolçu bu gün klub bazasına gəlib.

Məlumata görə, Balotelli digər oyunçulardan fərqli olaraq məşqlərə 10 gün gec qoşulub. 29 yaşlı hücumçu səbəb olaraq mədəsində ağrılar olduğunu bildirib. Lakin Mario bunu daha öncədən məşqçilər heyətinə demədiyi üçün problemlə üzləşib. Belə ki, baş məşqçi oyunçu ilə qısa söhbətin ardından onu evə göndərib.

Rəhbərliyin Balotelli ilə müqaviləni ləğv etmək qərarına gəldiyi qeyd edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest