"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərədə mövsümün bərpa olunmasından danışıb. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis futbol üçün darıxdıqlarını bildirib:

"Bundesliqanın yenidən başlamasından sonra bizim üçün çətin oldu. Digər ölkələrdə futbol matçları olsa da, biz hələ də gözləyirik. Almaniyadakı futbolçular dünyanın sevdiyi işi görürlər. Biz də futbol oynamaq, işimizlə məğul olmaq niyyətindəyik. Ancaq hökümətin qərarına da hörmətlə yanaşırıq. Meydanın qoxusunu unutmuşuq. Düzdür, futbolçularım çox yorulmuşdu. Ancaq artıq meydana dönməyin vaxtıdır. Futbolun başlayacağı anı səbrsizliklə gözləyirik".

Qeyd edək ki, İngiltərə Premyer Liqası koornavirus pandemiyası səbəbindən martda dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest