Rusiyanın "Lokomotiv" klubunun daha 4 futbolçusu koronavirusa yoluxub.

Matc.az klub saytına istinadən xəbər verir ki, Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevin testləri müsbət nəticələnib. Hazırda oyunçular özlərini yaxşı hiss etdiyi və evlərinə təcrid olunduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl "Lokomotiv"in hücumçusu Cefferson Farfanda da koronavirus aşkarlandığı açıqlanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest