Türkiyə Super Liqasının iyunun 12-də başlayacağı təsdiqləndi. Matc.az xəbər verir ki, bu barədə TFF rəhbərliyinin bu gün keçirilən iclasında yekun qərar qəbul edilib.

Məlumata görə, 7 klubun cari mövsüm liqanı tərk etmək qaydasının ləğv edilməsi tələbi rədd edilib. çempionatın daha öncə də təyin edilən vaxtda - iyunun 12-də başlayacağı açıqlanıb. 

Federasiya Türkiyə Kubokunun da öncədən təyin edilən təqvimlə davam edəcəyini bildirib. Super Liqa iyunun 12 -də, 27-ci turdan bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest