"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferində israrlıdır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu A Seriyası təmsilçisinə yeni bir təklif təqdim edib.

Məlumata görə, "Barselona" argentinalı forvard üçün qarşı tərəfə müdafiəçi Junior Firpo və 80 milyon avro təklif edib. Rəhbərlik Martinesə isə illk 12 milyon avro maaş verəcək.

Futbolçunun müqaviləsində 111 milyon avro qarşılığında sərbəst qalacağı qeyd dilib. "İnter" daha öncə kataloniyalılardan yalnız bu rəqəmi tələb edəcəyini bildirmişdi.

Ancaq hazırda tərəflər arasında danışıqların davam etdiyi və 22 yaşlı hücumçunun İspaniyada oynamaq istəməsi transferin gərçəkləşmə ehtamalını artırdığı vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest