İspaniya çempionatında 2020/2021 mövsümünün başlayacağı tarix açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas açıqlama verib.

O bildirib ki, yeni mövsümün sentyabrın 12-də başlaması planlaşdırlır. Qrum rəhəbəri bununla yanaşı, koronavirus pandemiyası səbəbindən dayandırılan cari çempionatın iyunun 11-də bərpa olunacağını təsdiqləyib.

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real"ın 56 xalı var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest