Gəncə təmsilçisi hücum xəttinin aparıcı simalarından olan Luis Paçu ilə vidalaşıb.
"Kəpəz" heyətində növbəti ayrılıq rəsmiləşib və Gəncə təmsilçisi hücum xəttinin aparıcı simalarından olan Luis Paçu ilə vidalaşıb.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti oyunçu ilə yolların ayrıldığını rəsmən bəyan edib.
Bildirilir ki, 30 yaşlı braziliyalı forvardın müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.
Gəncə klubu keçmiş futbolçusuna göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib və ona yeni işində uğurlar arzulayıb.
Təcrübəli hücumçu geridə qalan mövsümdə sarı-göylərin forması ilə meydana çıxdığı 27 çempionat matçında rəqib qapılarına 5 yol tapmağı bacarmışdı.
Qeyd edək ki, Qərb təmsilçisi Luis Paçu ilə yanaşı Rauf Hüseynli, Məhəmməd Hüseynov və Fərid Nəbiyev ilə də yollarını ayırıb.





_1783418624.jpg)







