Futbol üzrə 2026-cı il dünya çempionatının 1/4 final mərhələsinin ilk üç cütü artıq müəyyənləşib.

Matc.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında Belçikanın ABŞ-ı 4:1 hesabı ilə məğlub etməsindən sonra növbəti 1/4 final cütlüyü bəlli olub.

Belçikalılar yarımfinala yüksəlmək uğrunda Portuqaliyanı turnirdən kənarlaşdıran İspaniya ilə qarşılaşacaqlar.

Daha əvvəl isə Fransa, Mərakeş, Norveç və İngiltərə 1/4 finala vəsiqəni rəsmiləşdirmişdilər.

Sonuncu 1/4 final cütü Argentina – Misir və İsveçrə – Kolumbiya oyunlarından sonra bəlli olaçaq.

Artıq formalaşmış 1/4 final təqvimi:

09.07.2026 | 23:00 | Fransa – Mərakeş
10.07.2026 | 22:00 | İspaniya – Belçika
12.07.2026 | 00:00 | Norveç – İngiltərə

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest