"Sabah" yay "transfer pəncərəsi"ndə növbəti addımını ataraq Çempionlar Liqasındakı tarixi debütü öncəsi heyətini yeni və perspektivli futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, klubun mətbuat xidməti gənc qapıçı Amin Ramazanovun transferini rəsmən elan edib.

Bildirilir ki, son olaraq "Qarabağ"dan ayrılan 23 yaşlı qolkiperlə Masazır təmsilçisi arasında 2 illik müqavilə imzalanıb.

Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi olan və karyerası ərzində "Zaqatala"nın da şərəfini qoruyub.

Qeyd edək ki, iddialı heyət quran "Sabah" Amin Ramazanovla yanaşı, bu yay Fransanın "Lill" klubundan icarəyə götürülən Yunis Laçabı, son klubu CAR-ın "Kayzer Çifs" komandası olan Eyden Makkarti, Portuqaliyanın "Maritumu" klubundan Junior Erivaldo Almeyda, Sloveniya "Maribor"undan Patrik Orfe Mbina və "Makkabi" (Hayfa) klubundan Ksander Severinanı da heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest