ABŞ millisinin hücumçusu Folarin Baloqun Donald Trampın FİFA prezidenti Canni İnfantinoya zəngindən sonra dünya çempionatındakı qalmaqallı diskvalifikasiyasının ləğv edilməsi barədə bəyanatla çıxış edib.
Matc.az xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb.
Bildirilir ki, hücumçu məsələ ətrafında yaranan səs-küyə münasibət bildirib:
"Diskvalifikasiya ləğv ediləndə, əlbəttə ki, böyük rezonans yarandı. Bu, mənim üçün sürpriz olmadı. Lakin mən futbolçuyam. Mənim işim meydana çıxmaq və öz işimə köklənməkdir. Mənə qırmızı vərəqə göstəriləndə də qərarla razılaşmışdım. Diskvalifikasiyam ləğv edilib oynamama icazə veriləndə də qərarı qəbul etdim. Amma bu prosesdə heç bir iştirakım olmayıb. Bunun şəxsən mənə heç bir aidiyyatı yoxdur".





_1783418624.jpg)







