Belçika millisinin hücumçusu Romelu Lukaku futbol üzrə dünya çempionatları tarixində bütün dövrlərin unikal nailiyyətinə imza atıb.

Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu ABŞ ilə 1/4 final mərhələsinin qarşılaşmasında meydana sonradan daxil olaraq dünya çempionatları tarixində 4 fərqli oyunda ehtiyatdan gəlib qol vuran ilk oyunçu olub.

Cari dünya çempionatında vurduğu hər 3 qolu meydana sonradan çıxaraq rəsmiləşdirən təcrübəli forvard bu uğura ilk dəfə 2014-cü il dünya çempionatının 1/8 finalında yenə ABŞ-la görüşdə imza atmışdı.

Bundan başqa, hücumçu qrup mərhələsində Misirlə qarşılaşmada məhsuldar ötürmə və rəqibinə avtoqol etdirmə ilə də yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest