“Atletiko”nun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur.
 
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 31 yaşlı hücumçunun 6 aylıq həbs və ya 500 min avro cərimə ilə üz-üzə olduğu iddia olunur.
 
Son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib. İndiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Maria, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest