Qazaxıstanın "İrtış" klubu çempionatdan uzaqlaşdırılıb.
 
Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan Peşəkar Futbol Liqası məlumat yayıb.
 
Məlumatda, klubun maddi öhdəlikləri yerinə yetirə bilmədiyi üçün çempionatdan kənarlaşdırıldığı bildirilib.
 
Bir müddət əvvəl klubun iflas olması barədə xəbərlər yayılmışdı.
 
Beş dəfə Qazaxıstan çempionu adını qazanan "İrtış", bir dəfə də ölkə kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest