"Sabah"da müqavilə müddəti bitən futbolçular mövsüm sonunadək komandada qalacaqlar. Klubun mətbuat xidmətindən matc.az saytına verlən məlumata görə, oyunçularla razılıq əldə olunub.
 
Komandada sözləşməsi sona çatan 6 futbolçu var. Bunlar Saşa Stamenkoviç, Kərim Diniyev, Məqsəd İsayev, Vadim Abdullayev, Ramil Şeydayev və Xulio Sezar Rodrigezdir. Məlumatda onlarla bir müddət öncə anlaşıldığı bildirilir.
 
Qeyd edək ki, AFFA Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunacağını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest