Danimarkanın "Orxus" klubu məşqçisi Ruben Selles ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, baş məşqçi Davil Nilsenin köməkçisi olan 37 yaşlı mütəxəssislə müqavilə yenilənməyib.

Selles özünü başqa bir klubda sınamaq üçün bu addımı atdığını vurğulayıb.                  

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib. O, 2018-ci ildən "Orxus"da işləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest