“Bavariya” David Alaba və gələn il müqaviləsi bitəcək Tiaqo Alkantara ilə razılığa gələ bilmir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi iki futbolçunun da komandada qalmasını istəyir.

Məlumata görə, rəhbərlik ispaniyalı oyunçunun satışından 50-60 milyon avro qazanmaq niyyətindədir. Lakin Alkantara müqavilə yeniləmək istəməsə, gələn mövsümdən azad agent olacaq və sərbəst şəkildə klubdan ayrılacaq.

“Bavariya” Alabanın da ayrılmasını istəmir. Ancaq Almaniya mətbuatı iki oyunçunun da klubdan getmək istədiyini və bunun üçün də tərəflər arasında razılığın əldə olunmadığını yazır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest