Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Jorje Jezusla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
65 yaşlı portuqaliyalı mütəxəssislə anlaşmanın müddəti daha 1 il artırılıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna qədər idi.
 
Jezus Braziliya klubunu 2019-cu ilin iyun ayından etibarən çalışdırır. O, daha öncə “Benfika”, “Sportinq (Lissabon), “Braqa” və “Vitoriya” (Gimaraynş) kimi klublarda da baş məşqçi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest