"Real"ın yarımmüdafiəçisi Lukas Vaskes karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki,  "Tottenhem" futbolçu ilə yaxından maraqlanır.

28 yaşlı oyunçunun Madird klubu ilə 2021-ci ilə qədər müqaviləsi var. London təmsilçisinin baş məşqçisi Joze Mourinyo ispaniyalı futbolçunu komandasında görmək istəyir. Yarımmüdafiəçi özü də daha öncə karyerasını Premyer Liqada davam etdirmək istədiyini açıqlayıb.

Qeyd edək ki, Vaskes cari mövsüm La Liqada 14 oyun keçirib və 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest