İtaliyanın əfsanəvi futbolçulardan olan Andrea Pirlo "Yuventus"da çalışacaq.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, o, Turin klubunun gənclər komandasına rəhbərlik edəcək. Bildirilir ki, rəhbərlik 41 yaşlı mütəxəsisslə görüşüb və yaxın zamanda bunu rəsmən açıqlayacaq.

Xatırladaq ki, Pirlo 2011-15-ci illərdə "Yuventus" da oynayıb. O, "ağ-qaralar"ın heyətində  164 matçda 19 qol vurub və 38 asist edib.

                                                                                      

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest