33 yaşlı ulduz bu topların 630-nu Kataloniya təmsilçisinin, 70-ni isə Argentina millisinin heyətində vurub. Hazırda karyerasının davam etdirən futbolçular arasında yalnız Kristiano Ronaldo 700-dən çox qol vura bilib.

"Barselona"nın hücumçusu Lionel Messinin İspaniya çempionatının 33-cü turunda "Atletiko"ya qarşı görüşdə (2:2) fərqlənməsi əlamətdar olub. Matc.az xəbər verir ki,  argentinalı oyunun 50-ci dəqiqəsində penaltini qola çevirməklə karyerasının 700-cü qolunu vurub

33 yaşlı ulduz bu topların 630-nu Kataloniya təmsilçisinin, 70-ni isə Argentina millisinin heyətində vurub. Hazırda karyerasının davam etdirən futbolçular arasında yalnız Kristiano Ronaldo 700-dən çox qol vura bilib.

Portuqaliyalı bu günə qədər 728 dəfə rəqiblərini məyus edib. Argentinalı hücumçu indiyə kimi 862, Ronaldo isə 974 qarşılaşma keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest