16 Mart 2026, 21:20
FUTBOL
"Cəmi beş dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram".
Mahir Emreli Almaniyanın "Treffpunkt-betze" portalına açıqlama verib.
Matc.az xəbər verir ki, II Bundesliqanın XVI turunun "Karlsrue" ilə oyununda komandasının 3-cü qolunu vuran 28 yaşlı hücumçu baş məşqçi ilə münasibətinin yaxşı olduğunu deyib:
"Azarkeşlər çox sayda mesajlar göndərdilər. Mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi beş dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram".






_1692885136.png)

_1773683623.jpg)


