"Bavariya" klubu növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki,  Bundesliqanın çempionu Tanqi Kuassinin keçidini açıqlayıb.
 
Fransanın PSJ klubunun 18 yaşlı müdafiəçisi yeni komandasına azad agent kimi qoşulub. Onunla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, PSJ-nin yetirməsi olan Kuassi ötən mövsümdən əsas komandaya cəlb olunub. O, çempionu olduğu Liqa1-də 6 oyun keçirib və 2 qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest