"Napoli" mövsümün sonunda müdafiəçisi Kalidu Kulibalini satmaq niyyətindədir. Matc.az xəbər verir ki, rəhbərlik seneqallı futbolçunun qiymətini 77 milyon avro olaraq bəlirləyib.

"Napoli" daha öncə oyunçuya 100 milyon dəyər biçmişdi. Lakin 29 yaşlı müdafiəçinin karyerasını Premyer Liqada davam etdirmək istəməsi rəhbərliyi endirimə getməyə məcbur edib.

Oyunçu ilə "Liverpul" yaxından maraqlanır. "Qırmızılar" daha öncə futbolçu üçün tələb edilən məbləğin çox olması səbəbindən gözləmə mövqeyini keçmişdi.

Lakin A Seriyası təmsilçisinin Kulibalinin qiymətində eniş etməsinin ardından tərəflər arasında danışıqlar yenidən bərpa oluna bilər. Bu halda isə seneqallı müdafiəçinin gələn mövsümdən Premyer Liqada çıxış edəcəyi gözlənilir. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest