"Barselona"nın baş məşqçisi Kike Setyenin Kataloniya klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Matc.az "Marca"ya istinadən xəbər verir ki, oyunçular onun işini dəstəkləmirlər.

Bildilir ki, ispaniyalı mütəxəssisin köməkçisi Eder Sabianın davranışları futbolçularla məşqçilər heyəti arasında münasibətləri soyuqlaşdırıb.

Bu səbəbdən də Setyenin klubdakı gələcəyi naməlumdur. Təcrübəli çalışdırıcı "Barselona"nı bu mövsüm çempion edə bilməsə, böyük ehtimalla onunla yolların ayrılacağı vurğulanıb.

Qeyd edək ki, "Barselona" 33 turdan sonra 70 xalla ikinci pillədədir. Komanda bir oyun az keçirən "Real"dan 1 xal geri qalır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest