"Barselona"nın prezidenti Xosep Bartomeu Lionel Messinin komandadan ayrılacağı yönündə çıxan iddialara münasibət bildirib. Matc.az xəbər verir ki, klub rəhbəri bu barədə argentinalı oyunçu ilə danışdığını açıqlayıb:

"Onunla söhbət etdik. Təfərrüatlara girməyəcəyəm, ancaq Lionel bir neçə dəfə karyerasını "Barselona"da bitirəcəyini söylədi. Klubun inkişafına yönəlmişik, bir çox oyunçu ilə danışıq aparırıq. Messi davam etmək istəyir və sona qədər burada qalmağı planlaşdırır. Qarşıda illər çoxdur və biz ondan çoxlarının gözlədiklərindən daha uzun müddət zövq alacağıq".

Qeyd edək ki, Leo cari mövsüm keçirdiyi 29 matçda 22 qol vurub. Onun klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest