“Arsenal”ın hücumçusu Aleksandr Lyakazett mövsüm sonunda klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, fransalı futbolçu “Atletiko” və “Yuventus”un maraq dairəsindədir.

Bildirilir ki, hər iki klub da oyunçu üçün danışıqlara başlayıb. İspaniya təmsilçisi Lyakazettin transferində Tomas Partidən də istifadə edə bilər.

Tərəflər cari mövsümün sonuna qədər danışıqları davam etdirəcəklər.

Qeyd edək ki, 29 yaşlı forvard bu il “Arsenal”da keçirdiyi 25 oyunda 8 qol vurub. Onun London təmsilçisi ilə müqaviləsi 2022-ci ildə sona çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest