"Barselona"nın forvardı Antuan Qrizmann klubdakı gələcəyi ilə bağlı qərarını verib. Matc.az “France football” nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu Kataloniya təmsilçisindən ayrılmağı düşünmür.

Bildirilir ki, Qrizmann “Barselona” forması ilə Çempionlar Liqasını qazanmaq niyyətindədir. O, son zamanlar az oynasa da, əsas heyətdə möhkəmlənməyi düşünür.

Qeyd edək ki, yerli mətbuat 28 yaşlı futbolçunun Kike Setyenin qərarlarından narazı olduğunu və onun komandadan ayrılmaq istədiyini iddia edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest