16 Mart 2026, 23:06
FUTBOL
"Cenoa" baş məşqçi Daniele De Rossi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Klub rəhbərliyi italiyalı mütəxəssisin işindən razıdır və onu komandanın gələcək inkişafı üçün vacib fiqurlardan biri hesab edir. A Seriyası təmsilçisi artıq 42 yaşlı çalışdırıcı ilə yeni müqavilənin imzalanması imkanını müzakirə edir.
De Rossi ötən ilin noyabrında "Cenoa"nın baş məşqçisi təyin olunub. Komanda İtaliya çempionatında 29 turdan sonra 33 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.









_1692885136.png)

_1773683623.jpg)
