"Barselona" Antuan Qrizmannın komandada qalmasını istəyir. Matc.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Kike Setyen və klubun diman direltoru Erik Abidal ötən gün oyunçu ilə görüşüblər.

Görüş zamanı ispaniyalı mütəxəssis 29 yaşlı hücumçuya komandanın bir parçası olduğunu və ona güvəndiklərini bildirib. Bunun ardından Qrizmannın fikrini dəyişdiyi və "Barselona"dan ayrılmayacağı vurğulanıb.

Qeyd edək ki, fransalı futbolçu 2019-cu ildə 120 milyon avro qarşılığında "Atletiko"dan Kataloniya təmsilçisinə keçib. O, bu günə qədər "Barselona"da 44 oyun keçirib və 15 qol vurub. Oyunçunun klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest