"Yuventus"un hücumçusu Kristiano Ronaldo İtaliya çempionatının 31-ci turunda "Milan"a qarşı görüşdə (2:4) fərqlənməyi bacarıb.  Matc.az xəbər verir ki, bu, portuqaliyalının bu mövsüm A Seriyasında 26-cı qolu olub.

 Məlumata görə, Ronaldo ardıcıl 10 ildir milli çempionatlarda 25-dən çox qol vurmağı bacarır. Daha öncə bu uğur yalnız "Barselona"nın futbolçusu Lionel Messiyə məxsus idi.

Qeyd edək ki, Kristiano cari mövsüm  "Yuventus"da 39 oyun keçirib və 30 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest