"Vulverhempton"un hücumçusu Adam Traore mövsüm sonu komandasını dəyişə bilər. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə  "Mançester Siti" və "Yuventus" klubları maraqlanır.

Bildirilir ki, hər iki komanda oyunçu üçün israrlıdır. Ancaq Traore Premyer Liqa təmsilçisində qala bilər. Əgər "canavarlar" çempionlar Liqasına vəsiqə qazansa, 24 yaşlı futbolçu komandadan ayrılmayacaq.

Qeyd edək ki, ispaniyalı oyunçu 2019/20 mövsümündə "Vulverhempton"də 47 oyun keçirib və 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest