"Neftçi"dən ayrılan Baqali Dabo Kipr "Apollon"u ilə müqavilə bağladıqdan sonra klubun rəsmi "Twitter" səhifəsinə qısa açıqlama verib.

Matc.az xəbər verir ki, komandanın azarkeşlərinə səslənən fransalı futbolçu ən yaxşısını edəcəyini bildirib:

"çox danışmaq istəmirəm. Narahat olmayın. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. ümid edirəm ki, əla mövsüm keçirəcəyik".

Qeyd edək ki,  Dabo "Apollon"la 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest