Bildirilir ki, əvvəlcə futbolçunun satılması planlaşdırılsa da, komanda sol cinahda yaranan problemi nəzərər alaraq Ailtonu heyətdə saxlaya bilər. 25 yaşlı oyunçu "Ştutqart"ın yay toplanışına qatılacaq

"Qarabağ"dan ayrılan Ailton Silva karyerasını Bundesliqada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı müqavilə ilə məxsus olduğu "Ştutqart" klubunda qala bilər.

Bildirilir ki, əvvəlcə futbolçunun satılması planlaşdırılsa da, komanda sol cinahda yaranan problemi nəzərər alaraq Ailtonu heyətdə saxlaya bilər. 25 yaşlı oyunçu "Ştutqart"ın yay toplanışına qatılacaq. Onun barədə yekun qərarın bundan sonra veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest