"Mançester Yunayted" yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni uzada bilər. Matc.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik yaxın günlərdə oyunçu ilə danışıqlara başlayacaq.

Bildirilir ki, baş məşqçi Ole Qunnar Sulşer fransalı futbolçunun heyətdə qalmasını istəyir. Daha öncə Poqbanın klubdan ayrılacağı deyilsə də, hazırda yarımmüdafiəçinin belə bir fikri olmadığı vurğulanıb.

Fransalının klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır.

Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 13 oyun keçirib. O, bu görüşlərdə 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest