"Real" heyətini daha iki futbolçu ilə gücləndirir. Matc.az "Sports. Es" saytına istinadən xəbər verir ki, "kral klubu" PSJ-nin hücumçusu Kilian Mbappe və "Renn"də çıxış edən Eduardo Kamavinqanı transfer etməyi planlaşdırır.

Məlumata görə, Madrid təmsilçisi hər iki oyunçu ilə danışıqları tamamlayıb. Onlara hazırkı klubları ilə müqavilə yeniləməməyi tapşırılıb. Fransa millisinin hücumçusu bu yay İspaniyaya yolanmaq istədə də, klub ona icazə verməyib.

Mbappe və Kamavinqanın 2021-22 mövsümündə "Real"da çıxış edəcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest