"Sabah AFFA-nın videokonfrans formatında iclası olacaq. Qərar verildikdən sonra mənimlə əlaqə saxlanılacaq"

"Hazırkı vəziyyət barədə heç nə bilmirəm. özüm də İtaliyada deyiləm" 
 
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi olmasına yaxın namizəd Canni de Byazi deyib.
 
O, sabah AFFA İcraiyyə Komitəsinin iclasında qərar verildikdən sonra onunla əlaqə saxlanılacağını bildirib: "Sabah AFFA-nın videokonfrans formatında iclası olacaq. Qərar verildikdən sonra mənimlə əlaqə saxlanılacaq. Hazırki vəziyyətdə heç bir informasiyaya malik deyiləm. Bildiyim tək odur ki, yalnız 2 namizəd var. Eşitdiyim qədər namizədlərdən biri mən, biri isə yerli mütəxəssisdir. Bəlkə də bu şaiyədir, lakin məndə bu cür məlumat var. Hazırda AFFA-nın qərarını gözləyirəm".
 
Əldə etdiyimiz məlumata görə de Byazi hazırda Bakıdadır. Onun İtaliyada olmadığını dilə gətirməsi də bu xəbərin təsdiqidir. İtaliyalının dediyi kimi, millimizin baş məşqçi postuna iki namizəd qalıb – o və hazırkı köməkçi məşqçi Arif Əsədov (futbolinfo.az).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest