Arokubokların təsnifat mərhələlərinin oyunları azarkeşsiz keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
 
Bildirilir ki, matçlara azarkeşlərin buraxılmaması məqsədəuyğun sayılıb. Təsnifat mərhələsinin qarşılaşmaları 1 oyundan ibarət olacaq.
 
Qeyd edək ki, 2020-2021 mövsümündə təmsilçilərimizdən "Qarabağ" çempionlar Liqası, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avroliqada mübarizə aparacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest