Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin müsahibəsi
 
- Sizi artıq Azərbaycan millisinə baş məşqçi təyinatınızla bağlı təbrik etmək olar?
 
- Əlbəttə, məni təbrik edə bilərsiniz. ümid edirəm ki, işim uğurlu alınacaq.
 
- Bir müddət öncə İtaliyada olmadığınızı demişdiniz. Hər kəs Bakıya gəldiyinizi düşünürdü. Maraqlıdır, hazırda haradasınız?
 
- İndi İtaliyadayam.
 
- Bakıya nə vaxt gələcəksiniz?
 
- Ola bilər ki, avqustun ilk günlərində ölkənizdə olum.
 
- İtaliya mətbuatında Benni Karbone və Klaudio Beluççinin köməkçiniz olacağı yazılıb...
 
- Bəli, doğru məlumatdır.
 
- Bəs Ansi Aqolli?
 
- İndiki halda bu, mümkün deyil. çünki klubu ilə müqaviləsi var.
 
 
- Gələcəkdə bu istəyiniz reallaşa bilər?
 
- Bəli, Aqollini məşqçilər korpusunda görmək istərdim.
 
- Mətbuatda Azərbaycan millisindəki 1,5 il müddətində məvacibinizin 900 000 avro olacağı ilə bağlı xəbərlər yayılıb. Hətta əlavə mükafat alacağınız da vurğulanıb. Bu, nə dərəcədə doğrudur?
 
- Bu, həqiqət deyil. Bilirsiniz mənim üçün ən vacib olan nədir? Azərbaycana pul üçün gəlmirəm. ölkə futbolu üçün vacib işlər görmək istəyirəm.
 
- UEFA Millətlər Liqasında şansları necə qiymətləndirirsiniz?
 
- Qrupdan çıxmaq bir çox amillərə əsaslanır. Qrupda ilk pilləni tutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest