O bildirib ki, Klopp Almaniya millisinin başına keçmək istəyir. Federasiyanın da təcrübəli mütəxəssislə çalışmağa mübət yanaşdığı vurğulanıb.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp gələcəkdə milli komandada çalışmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk "twitter" hesabından paylaşım edib.

O bildirib ki, Klopp Almaniya millisinin başına keçmək istəyir. Federasiyanın da təcrübəli mütəxəssislə çalışmağa mübət yanaşdığı vurğulanıb. Ancaq Kloppun müqavilə müddətinin sonuna qədər "Liverpul"da qalacağı da bildirilib.

Qeyd edək ki, almaniyalı çalışdırıcı 2015-c ildən "qırmızılar"ın baş məşqçisidir. O, bu müddət ərzində bir dəfə İngiltərə çempionluğu, çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest