"Napoli"nin müdafiəçisi Kalidu Kulibali karyerasını Premyer Liqada davam etdirə bilər. Matc.az "Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" seneqallı futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, "qırmızı şeytanlar" Kulibalini heyətinə cəlb etməkdə israrlıdır. Lakin "Liverpul"un da oyunçu ilə maraqlandığı bildirilir. "Napoli" müdafiəçi üçün 80 milyon avro tələb edir. Mançester klubunun bu məbləği ödəməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Kulibali cari mövsüm A Seriyasında 20 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest