"Nyukasl" heyətinə yeni bir oyunçu cəlb etməyə hazırlaşır. Matc.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" "Liverpul"un futbolçusu Xerdan Şakirinin xidmətində maraqlıdır.

Məlumata görə, 28 yaşlı futbolçu "qırmızılar"ın heyətində çox da forma şansı qazana bilmir. Onun bu durumdan razı olmadığı vurğulanıb.

"Nyukasl"ın isveçrəli oyunçuya  uyğun təklif verməyə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm Premyer Liqada 6 oyun keçirib və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest