"Neftçi" Klesio Baukun adını transfer siyahısından çıxarıb.
 
Matc.az xəbər verir ki, mozambikli yarımmüdafiəçinin şərtləri paytaxt təmsilçisini qane etməyib.
 
Son mövsümü "Qəbələ"nin formasını geyinən legioner "ağ-qaralar"dan aylıq 15000 dollar istəyib. "Qırmızı-qaralar"da maaşı 10 min dollar olan sabiq "İstanbulspor"lu maddi tələbini azaltmadığından bakılılar ondan vaz keçib (sportinfo.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest