"İnter" klubu iki oyunçusu ilə müqavilə müddətini uzadıb. Matc.az İtaliya mətbuata istinadən xəbər verir ki, qapıçı Samir Handanoviç və müdafiəçi Danilo Dambrosio ilə sözləşmə yenilənib.

Məlumata görə, hər iki oyunçunun müqavilə müddəti 2022-ci ilə qədər artırılıb. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir.

Handanoviç və Danilonun hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest