"Mançester Siti" rəhbərliyi transferə 165 milyon avroluq büdcə ayırıb. Matc.az "Telegraf" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" 3 futbolçunu heyətinə cəlb etməkdə israrlıdır.

Məlumata görə, komandanın baş məşqçisi Pep Qvardiola "Bavariya"nın müdafiəçisi David Alaba, "Napoli"nin üzvü Kalidu Kulibali və "İnter"ın hücumçusu Lautaro Martinesin alınmasını istəyir. Rəhbərliyin bu oyunçular üçün 165 milyon avro ayırdığı bildirilir.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) "Mançester Siti"nin iki illik avrokuboklardan kənarlaşdırma cəzasını ləğv edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest