"Bəli, uğur qazanmaq üçün, yaxşı səbəbdir. Çünki onlar italyalı məşqçiləri taktiki və texniki cəhətdən yavaş-yavaş inkişaf etməyə və nizam-intizamlı futbola çağırırlar. Bu fürsətdən çox məmnunuq"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin köməkçisi olacaq Klaudio Beluççi "calciomercato24.com" saytına  müsahibə verib.
 
Matc.az həmin müsahibəni təqdim edir:
 
- Azərbaycan millisi barədə nə düşünürsünüz?
- Son illər görülən işləri yaxşılaşdırmaq istəyirik. Onların İtaliyaya qarşı oyununu da izləmişik. Görüləsi çox iş var. Azərbaycan istər futbolda, istərsə də hər sahədə davamlı inkişafdadır. Gələcəyin milli sürprizi ola bilər, biz bunun üçün çalışırıq.
 
- Orada çalışmaq istəməyinizi gələcək üçün düşünülmüş addım hesab etmək olar?
- Bəli, uğur qazanmaq üçün, yaxşı səbəbdir. çünki onlar italyalı məşqçiləri taktiki və texniki cəhətdən yavaş-yavaş inkişaf etməyə və nizam-intizamlı futbola çağırırlar. Bu fürsətdən çox məmnunuq.
 
- Dç-2022 barədə düşünürsünüz?
- Əlbəttə. Niyə də olmasın? Ancaq addım-addım gedək. Dərhal təəccübləndirmək üçün əvvəlcə Millətlər Liqasına diqqət yetirməliyik. Bu yarışda düzgün yol gələcəkdə daha gözəl qapı aça bilər.
 
- Azərbaycandakı futbol bazalarını görmüsünüz?
- Xeyr, dürüst olmaq lazımdırsa, onlara hələ baş çəkməmişik. Amma bizə çox müsbət şeylər danışdılar. Bakıdakı stadiona baxın, vəziyyətin necə olduğunu anlayacaqsınız. Bu baxımdan ölkə çox böyüyür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest