Matc.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, açılış matçı noyabrın 21-də Bakı vaxtı ilə 14:00-da baş tutacaq. Ev sahibi komandanın iştirakı ilə keçiriləcək görüş 80 000 azarkeş tutumuna malik "Al Bayt" stadionunda oynanılacaq.

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.

Matc.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, açılış matçı noyabrın 21-də Bakı vaxtı ilə 14:00-da baş tutacaq. Ev sahibi komandanın iştirakı ilə keçiriləcək görüş 80 000 azarkeş tutumuna malik "Al Bayt" stadionunda oynanılacaq.

Final qarşılaşması isə dekabrın 18-də saat 19:00-da "Lusail" arenasında olacaq.

Qrup mərhələsinin matçları 21 noyabr - 2 dekabr, 1/8 finalın oyunları 3-6 dekabr, 1/4 final qarşılaşmaları 9-10 dekabr, yarımfinal görüşləri isə 13-14 dekabrda oynanılacaq.

3-cü yer uğrunda matç isə dekabrın 17-də Dohadakı "Xəlifə" stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest