Braziliyalı hücumçu Halk karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı futbolçu “Fənərbaxça”nın maraq dairəsindədir. Onun İstanbul təmsilçisinin prezidenti Ali Koçla danışıq apardığı vurğulanıb.

Halk Çinin “Sanxay SIPG” klubunda çıxış edir. O, komandası ilə müqavilə yeniləməyəcəyini açıqlayıb. Azad agent statusu daşıyacaq oyunçuya bir neçə təklif olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest